Slimfit
  1. TEXNOLOGİYA

Bankomatdan kartsız da pul çəkə bilərsiniz

Bankomatdan kartsız da pul çəkə bilərsiniz
Sakura

Bankomatdan kartsız da pul çəkə bilərsiniz

Artıq kartınız olmadan da bankomatdan pul çəkmək mümkündür.

Söhbət Kapital Bankın təqdim etdiyi "Bir Kart" vasitəsi ilə bankomatlar üzərindən edilən pul köçürmələrindən gedir. Göndəriş “Cash by code” vasitəsilə həyata keçirilir.

TED.az-ın verdiyi məlumata əsasən göndəriş etmək istəyən şəxs sözügedən kartı bankomata daxil edib müvafiq dil bölməsini seçdikdən sonra ödəmələr hissəsindən “Cash by code” sətrini seçməlidir. Daha sonra qarşı tərəfin mobil telefon nömrəsini ve göndəriləcək məbləği yazmaqla proses tamamlanır. Müvafiq olaraq sizə “kod 2”nin əks olunduğu qəbz təqdim olunacaq.

Bu zaman köçürmənin ünvanlandırıldığı şəxsin telefonuna Kapital Bankdan “cash by code”la “kod 1” əks olunan mesaj göndərilir.

Həmin şəxs isə bankomatda “cash by code” bölümünə “kod 1” və “kod 2”ni daxil edir. Məbləği yazıb daha sonra təsdiq etməklə göndərilən pulu əldə edir.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İnsanların nəfəs aldığı havanın cəmi 20%-ni oksigen təşkil edir

Redaktor seçimi

SON XƏBƏRLƏR