Dərc edildi: Baxış sayı: 846
Bankların kredit ödənişləri ilə bağlı cərimələr yazması barədə RƏSMİ AÇIQLAMA
“Banklarda kredit ödənişləri ilə bağlı gecikmələr yazılmayacaqdı. Bu, bankların könüllü qərarı idi”.
Ens.az KONKRET.az-a istinadən xəbər verir ki, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Azərbaycan Prezidentinin İqtisadi məsələlər üzrə köməkçisi Şahmar Mövsümov bildirib.
O qeyd edib ki, könüllü qərar olduğu üçün seçim bankların idi:
“Onlar sahibkarlara kömək etməlidir. Faktlar olarsa, biz araşdıra bilərik. Ola bilsin ki, vətəndaşın krediti ödəmək imkanı var və vəziyyətdən sui-istifadə edərək, ödənişdən qaçmaq istəyir və banklar da bunu biləndə, məcbur olub cərimələyirlər. Yardımdan sui-istifadə edilməməlidir”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət