Slimfit
  1. CƏMİYYƏT

Banklarda əmanətlər azalır: əsas səbəb faizlərdir

Banklarda əmanətlər azalır: əsas səbəb faizlərdir
Sakura

Banklarda əmanətlər azalır: əsas səbəb faizlərdir

Əhalinin banklarda olan əmanətlərində aylıq müqayisədə azalma qeydə alınıb. Belə ki, avqust ayının 1-ə olan məlumata görə, ümumi əmanətlərin həcmi əvvəlki ay ilə müqayisədə 43.3 milyon manat azalaraq 12 milyard 705 milyon manata düşüb. Qeyd edək ki, bu ilin fevral ayında da əmanətlərin həcmində aylıq azalma qeydə alınmışdı.

Ens.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə iqtisadçı ekspert, millət vəkili Vüqar Bayramov bildirib.

Onun sözlərinə görə, əhəmiyyətli banklarda depozit faizlərində azalma davam edir:

“Manat üzrə orta depozit faizi müddətli əmanətlər üzrə 6.0 faizədək azalıb. Müddətsiz depozitlərdə isə faizlər sadəcə simvolik xarakter daşıyır. Bu isə əmanət qoyluşlarına təsirsiz ötüşmür.

“Günay Bank”ın müflisləşməsi də ümumi əmanətlərin həcminə təsir göstərdi. Qeyd edək ki, lisenziyası ləğv olunan zaman sözügdən bankın depozit portfeli 82 milyon 507 min manat idi.

Bütövlükdə, aylıq azalmaya baxmayaraq, əmanətlərin həcmi bu ilin yanvar ayı ilə müqayisədə 962 milyon manat artıb. Bu baxımdan, il ərzində aylıq artım tempinin qorunub saxlanması da vacibdir. Əmanətlərin daha çox cəlbi real sektorun maliyyələşdirilməsi və kredit faizlərinin aşağı salınması baxımdan da əhəmiyyətlidir”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İnsanda doğulanda 300 sümük olur, böyüyəndə isə 206-sı qalır

Redaktor seçimi

SON XƏBƏRLƏR