Banka qarşı 480 min manatlıq dələduzluq edən sabiq əməkdaşa hökm oxunub
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Elnur Kərimovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
"Report"un xəbərinə görə, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
O, məhkəmənin hökmü ilə 9 il müddətinə azadlıqdan məhrum edilib.
İttiham aktına əsasən, bağlanmış "Zaminbank"da kredit mütəxəssisi vəzifəsində çalışmış E.Kərimov etibardan sui-istifadə edərək banka qarşı 480 min manatlıq dələduzluq edib.
Belə ki, o, işlədiyi dövrdə bankda müştərilərin hesabından pul çıxararaq, digər hesablara köçürüb.
İstintaq dövründə E.Kərimova qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törəldildikdə) maddəsi ilə ittiham irəli sürülüb, barəsində həbs qətimkan tədbiri seçilib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət