Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Banan əhval-ruhiyyəni yüksəldirmi?

Banan əhval-ruhiyyəni yüksəldirmi?
Sakura

Banan əhval-ruhiyyəni yüksəldirmi?

Ens.az bildirir ki, bu meyvədən dietoloqlar və fitness məşqçiləri üz döndərirlər, ancaq biz çox sevirik. Və yalnız belə deyil.

Məlum olub ki, bananlar yalnız özünəməxsus dadı ilə zövq vermir, həm də insanlara həqiqətən sehrli təsir göstərir: doğrudan da əhval-ruhiyyəni artırır və stressi azaldır. Məsələ bundadır ki, onların tərkibində xoşbəxtlik hormonu - serotonin istehsal edən triptofan var. Tərkibində olan maqnezium (bir bananda təxminən 28-30 mq bu mikroelement olur)  insanda özünü  yaxşı hiss etməyə və yaxşı yuxuya səbəb olur. 

Bananın beş faydalı xüsusiyyəti

1. Təzyiqin normallaşması və enerjinin bərpası

Bananlarda qan təzyiqinin aşağı düşməsinə kömək edən kalium var. O, həmçinin enerji çatışmazlığını da ödəyir. Bu mikroelement intensiv məşqlər zamanı  kömək edir. Bu, yalnız əzələləri qıcolmalardan qorumur, həm də ağır fiziki yükləmələr üçün güc verir. Buna görə də bir çox idmançı məşqlərə bir saat qalmış banan yeməyi üstün tutur.

2. Çəki atmaq

Məişət söhbətlərində bananın kökəltdiyinə  dair yanlış fikir var. Əlbəttə ki, hər hansı bir yeməyi qeyri-məhdud miqdarda yeyirsinizsə, onda əlavə çəki meydana çıxacaq. Bununla belə, bəzi qidalanma mütəxəssisləri bu ekzotik meyvənin kilo verməyə kömək etdiyini iddia edirlər. Onların tərkibində uzun müddət aclıq hissini kütləşdirən lif var. Həmçinin nişasta qan şəkərini də aşağı salır.

3. Qanazlığı riskini azaltmaq

Banan dəmirlə zəngindir (onun olmaması anemiyaya səbəb olur), qırmızı qan hüceyrələrinin istehsalını stimullaşdırır. Vitamin B6 qanda qlükoza səviyyəsinin tənzimlənməsinə kömək edir.

4. Həzmi yaxşılaşdırmaq

Banan orqanizm tərəfindən asanlıqla mənimsənilir. Mədə-bağırsaq traktının müxtəlif xəstəlikləri üçün istifadə edilə bilər, çünki faydalı bakteriyalar üçün  bəsləyici mühit  yaradır.

5. Vitamin C çatışmamazlığını berpa edir

Vitamin C zərərli sərbəst maddələri neytrallaşdırır və orqanizmin detoksiyasına  kömək edir.

Yeri gəlmişkən, bananlar yalnız insanlar tərəfindən deyil, heyvanlar tərəfindən də sevilir.

 

Mənbə: www.wday.ru

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Fasilə zamanı.

Redaktor seçimi

SON XƏBƏRLƏR