Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Balla qara turpun şirəsi. Öskürəyin effektli müalicəsi

Balla qara turpun şirəsi. Öskürəyin effektli müalicəsi
Sakura

Balla qara turpun şirəsi. Öskürəyin effektli müalicəsi

Turp müxtəlif faydalı məddələrlə zəngin olan tərəvəzdir.

Turpun tərkibində fitonsid maddələri var ki, bu maddələr virus və bakteriyalarla mübarizə aparır, iltihabı azaldır. Digər faydalı maddə kükürd bəlğəmgətirici xüsusiyyətlərə malikdir, allergiyanın simptomlarını azaldır. Turp həmçinin A və D vitaminlər, efir yağları, faydalı minerallarla zəngindir.

Turpun bir neçə növü var - ağ, yaşıl, qara, qəhvəyi turp. Lakin ən faydalı qara turp sayılır.

Qara turpun şirəsi bronxit, traxeit, pnevmoniya, hətta vərəm və göyöskürək zamanı köməkçi müalicəvi vasitə kimi istifadə olunur və çox yaxşı nəticələr verir.

Qara turpdan və baldan təbii bəlğəmgətirici və iltihabəleyhinə dərmanın hazırlanması:

1. Turpu yaxşı yuyun və yuxarı hissəsini kəsin. Bu hissəni atmayın.

2. Nazık bıçaqla turpun içərisini oyun (çox oymayın).

3. Oyuğa 1-2 xörək qaşığı bal qoyun və kəsilmiş yuxarı hissəsi ilə örtün.

4. Turpu 12 saat ərzındə qaranlıq yerdə saxlayın.

5. Turpu 2-ci dəfə də istifadə edə bilərsiniz.

Necə qəbul etmək lazımdır?

Alınmış şirəni yeməkdən əvvəl 1 xörək qaşığı olmaqla gündə 4-6 dəfə qəbul edin. Uşaqlara 1 çay qaşığı vermək olar.

Böyüklərə şirəni 2 həftə, uşaqlar 1 həftə ərzində qəbul edə bilərlər.

 

Mənbə: Saglamolun.Az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Alyaskanın bayrağını 13 yaşlı uşaq tərtib edib

Redaktor seçimi

SON XƏBƏRLƏR