Dərc edildi: Baxış sayı: 645
Balıqların “qaçışı”: 30 min qızıl balıq fermadan qaçıb su anbarını zəbt etdi
Çilinin Kalbuko şəhərində yerli fermer balıq itkisi ilə üzləşib.
“RİA Novosti” xəbər verir ki, balıqlar fermadan qaçaraq yaxınlıqdakı su anbarına doluşub.
Yerli sakinlər su hövzəsində xeyli sayda balıq aşkar edərək bu haqda sosial şəbəkələrdə yazıblar.
Daha sonra mütəxəssislər 30 mindən artıq balıqın “qaçış” etdiyini müəyyən ediblər.
Hazırda fermanın çəpərində olan qəza aradan qaldırılıb və yeni təhlükəsizlik tədbirləri həyata keçirilir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət