Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Balın xüsusiyyətləri

Balın xüsusiyyətləri
Sakura

Balın xüsusiyyətləri

Bal bütün xəstəliklərin müalicəsində faydalıdır. Lakin hamı "təmiz" bal seçə bilmir. Balın keyfiyyətini yoxlamaq üçün bir neçə üsul var - baldan bir qədər götürüb onu əlin iç tərəfinə və ya sinəyə çəkirlər. 5-10 dəqiqə keçməmiş bal dəridən sorulur və yerində az miqdar şirəsiz maye qalır.

Milli.Az immunitet.az-a istinadən bildirir ki, bala baxanda da onun keyfiyyətini müəyyənləşdirmək olur. Rəngi tünd, yaşılaçalan, qaramtıl olan və ya iki ildən artıq qalan bal keyfiyyətsiz sayılır. Balı su ilı qarışdırıb içdikdə,  insan orqanizmini gücləndirir, bütün bədəni, xüsusən də dərini nəmləndirir. Yatmazdan qabaq qəbul olunduqda isə əsəbləri sakitləşdirir. Qaraçörəkotundan alınan yağı balla qarışdırıb oynaqlara sürtdükdə ağrını azaldır.
Qədimdən məlumdur ki,ətə bal sürtüb saxladıqda ət iylənmir və xarab olmur. Bu da balın mikroblara öldürücü təsir göstərməsi ilə əlaqədardır. Buğda unu ilə balın qarışığından qoyulan təpitmə çibanı (furunkulu) yetişdirir və irinin xaric olmasını sürətləndirir. İnək südü ilə qarışdırıb içdikdə isə bəlğəmi durulaşdırır və xaric edir.
Ağız və damaqda olan yaralar da balın təsirindən tez sağalır, boğaz ağrısı tez keçir. Bala bağayarpağı şirəsi qatıb imalə etmək isə bağırsaq yarası üçün faydalıdır. Bu əməliyyat 3 gün təkrar olunmalıdır.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Mirzə Fətəli Axundzadənin 1850-ci ildə yazdığı "Sərgüzəşti-vəziri-xani-Lənkəran" komediyası Azərbaycan teatrı səhnəsində qoyulmuş ilk dramatik əsərdir.

Redaktor seçimi

SON XƏBƏRLƏR