Slimfit
  1. TARİX

Balakəndə kənd sakinin həyətində xristian qəbirləri aşkarlandı

Balakəndə kənd sakinin həyətində xristian qəbirləri aşkarlandı
Sakura

Balakəndə kənd sakinin həyətində xristian qəbirləri aşkarlandı

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları Balakən rayonu Tülü kəndi ərazisində kənd sakini Elşad Dabaxovun həyətyanı sahəsində yerləşən ilk orta əsrlərə aid Qafqaz Albaniyasına məxsus xristian abidəsində arxeoloji qazıntı işlərini aparır.

İnstitutun “Qafqaz Albaniyası xristian abidələrinin arxeoloji tədqiqi” ekspedisiyasının rəhbəri, İnstitutun Antik dövr arxeologiya şöbəsinin aparıcı elmi işçisi Natiq Alışovun Publika.az-a verdiyi məlumata görə, 2017-ci ildə aşkarlanan yerli əhəmiyyətli türbənin Qafqaz Albaniyası xristian abidəsinə məxsus zəng qülləsi olduğu müəyyən edilib.

Ekspedisiya rəhbərinin sözlərinə görə, bu il aparılan arxeoloji tədqiqat kilsənin ibadət zalında, tədqiqatı ötən il yarımçıq qalmış hissəsində davam etdirilib. Burada bişmiş kərpiclərlə döşənmiş ibadət zalı tam tədqiq olunub.Altar hissədə alban xaç altlığının yeri müəyyən edilib.

“Zəng qülləsi döşəmə səviyyəsinə qədər qarışıq təbəqədən təmizlənib. Burada yaşayış yerini özündə əks etdirən mühüm tapıntılardan biri — zəng qülləsinin şimal-şərq və cənub-şərq tağlarında ocaq yerləri aşkar olunub. Tədqiqat mövsümündə kilsənin şimal divarında izlənən qapı yerinin dəqiq konturlarının müəyyən edilməsi istiqamətində aparılmış tədqiqatlar nəticəsində müəyyən edilib ki, şimal giriş qapısı dörd sütun üzərində inşa edilib və bişmiş kərpiclərdən döşənib. Tədqiqatlar zamanı aşkar edilmiş döşəmənin üç yerdən şərq–qərb istiqamətində söküldüyü müəyyənləşib.

Arxeoloji tədqiqatlar zamanı döşəmənin sökülmüş hissələrində iki ədəd daş qutu, bir ədəd isə, torpaq qəbir abidəsinin olduğu müəyyən edilib. Daş qutu qəbirlərdə təkrar dəfn izləri aşkar edilib. Bir nömrəli qəbirdə birinci skeletin az miqdarda sümüklərinə rast gəlinib, ikinci sarkofaqda birinci skeletin qalıqlarının ikincinin ayaq hissəsinə toplandığı aydınlaşıb. Üç qəbirdən aşkar olunan 5 skelet antropoloji tədqiqatların aparılması ilə əlaqədar müvafiq laboratoriyaya təqdim edilib”.

N.Alışov bildirib ki, ümumilikdə, 300 kv m ərazidə aparılan arxeoloji tədqiqatlar nəticəsində şirsiz keramika nümunələrinə, kirəmitlərə və s. tikinti materiallarına rast gəlinib. İki il davam edən tədqiqatlar nəticəsində abidənin memarlıq quruluşu 70 faiz müəyyən edilib. Gələcəkdə abidədə və onun ətrafında mövcud olmuş həyat şəraitinin canlandırılması istiqamətində kompleks tədqiqatın aparılması nəzərdə tutulur.

N.Alışovun bildirdiyinə görə, Qafqaz Albaniyasına məxsus xristian abidələrində aparılan arxeoloji tədqiqatlar, bir daha xalqımızın zəngin maddi mədəniyyətinə olan əsassız iddiaların kökündə heç bir elmi əsasın olmadığını sübut etməkdədir.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Qartallar böyük lələkləri olan nəhəng quşlardır. Bir qanadından lələyi itirəndə quş digərindən simmetrik şəkildə yerləşmiş lələyi itirir - bu ideal aerodinamikanı saxlamaq üçün lazımdır.

Redaktor seçimi

SON XƏBƏRLƏR