Slimfit
  1. AZƏRBAYCAN

Balakən və Ağdamda yeni tarix aşkarlandı

Balakən və Ağdamda yeni tarix aşkarlandı
Sakura

Balakən və Ağdamda yeni tarix aşkarlandı

Balakəndə "Tülü türbəsi" kimi tanınan tarixi abidədə arxeoloji qazıntılar aparılır.

Xezerxeber.az-ın məlumatına görə, araşdırmalar zamanı abidənin alban məbədi olduğu ortaya çıxıb.

Balakən rayonunun Tülü kəndində, "Tülü türbəsi" kimi qeydiyyata düşmüş abidənin ətrafında arxeoloji qazıntılar və tədqiqatlar davam etdirilir. Bir aydır ki, aparılan tədqiqatlar nəticəsində bir sıra mühüm tarixi faktlar ortaya çıxıb. Uzun illər Türbə kimi tanınan bu abidənin, əslində bir Alban kilsəsinin zəng qülləsi olduğu müəyyən edilib.

Burada aşkarlanan, Şərq və Qərb istiqamətində olan sarkofaktın xristianlıq dövrü ilə birbaşa bağlılığının olduğu müəyyən edilib.

İbadət zalında döşəməyə qədər olan hissə, Şimal qapısı və onun üst örtüyünü saxlayan sütunlar tədqiq olunub. Araşdırmalar zamanı daş sarkofakt tipli qəbir abidəsinə də rast gəlinib və tədqiqat davam etdirilir.

Ağdamda isə bizim eradan əvvəl VI minilliyin birinci yarısına aid yeni arxeoloji materiallar aşkar edilib. Rayonun Eyvazlı kəndi yaxınlığındakı neolit dövrünə aid İsmayılbəy təpə yaşayış məskənində aparılan arxeoloji qazıntı zamanı oval, dairəvi və düzbucaqlı quruluşunda çiy kərpicdən 8 tikinti qalığı aşkar edilib. Hər bir həyətdə isə müxtəlif ölçüdə böyük təsərrüfat küpləri var.

Oval formada olan tikili qalığının birində mehrab və baş hissəsi qırılmış kiçik büt aşkar edilib. Ehtimal edilir ki, bu tikili qədim məbədin qalıqlarıdır.

Yaşayış məskənində aşkar edilən erkən dəmir dövrünə aid qadın qəbri də maraq doğurur. Bükülmüş vəziyyətdə dəfn olunan skeletin yanında iki ədəd saxsı qab da basdırılıb. Qazıntılar davam etdirilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şəhər əhalisi öldürülən azərbaycanlıların yanında. Bakı, 1918-ci il. 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı Soveti və Erməni Daşnak Partiyasından olan silahlı dəstələr tərəfindən 12

Redaktor seçimi

SON XƏBƏRLƏR