Slimfit
  1. AVTO VƏ MOTO

Balaca avtomobilin BÖYÜK hekayəsi

Balaca avtomobilin BÖYÜK hekayəsi
Sakura

Balaca avtomobilin BÖYÜK hekayəsi

1964-ci il… Berlin şəhəri iki yerə ayrılıb. Almaniya Demokratik Respublikasından kənara çıxmaq istəyən işdən azad olunma əmri ilə cəzalandırılır. Buna baxmayaraq, bir çox insan hələ də sərhədi keçməyə çalışır…

Ens.az TED.az-a istinadən olaraq o vaxtdan qalan həyəcan dolu hekayəni sizə təqdim edir:

Bu hekayə 1964-cü ildə Klaus-Günter Jakobinin dostu Manfred Kosterdən ADR-dən qaçmaq istədikdə baş verdi. O dövrdə Berlin bir divar ilə iki hissəyə ayrıldı: şərqdə yerləşən hissə Alman Demokratik Respublikasının paytaxtı, qərbdəki isə xüsusi statusa sahib idi və anklav sayılırdı.

Almaniya vətəndaşı olan Koster dövlətin siyasətindən narazı idi, buna görə də Şərqdən Qərbə köçmək qərarına gəldi. O, yalnız gizlincə sərhədi keçərək ideyasını həyata keçirə bilərdi.

Jakobi dostuna yardım etmək üçün bir plan qurdu və planını həyata keçirmək üçün öz avtomobilini yenidən qurmalı oldu. Onun avtomobili də kiçik ölçülü “BMW Isetta” idi.

O, 2,3 metr uzunluğu və 1,4 metr eni olan avtomobilini daha bir nəfər yerləşəcək hala gətirdi.

Jakobi kreslonun arxasında deşik düzəldərək avtomobilin rəfini qaldırdı, ehtiyat şinləri, soba blokunu və hava filtrini sökdü. 13 litrlik yanacaq çənini isə iki litrlik bidonla əvəz etdi. Avtomobildə edilən dəyişiklərdən sonra Koster yeni bölmədə sərbəst yerləşə bilərdi.

23 may 1964-cü ildə gecə yarısı, sərhəd bağlanmazdan bir müddət əvvəl, Jakobi avtomobillə şlaqbauma yaxınlaşdı. Sənədlərin yoxlanışından sonra onu sərhəddən keçirtdilər və bir müddət sonra dostu sərbəst qaldı.

Jakobi Isetta-nı yalnız bir dəfə sərhədi keçmək üçün istifadə etdi, lakin onu təqlid edən çox oldu. Arxiv qeydlərinə görə daha 8 sakin eyni şəkildə Şərqi Berlini tərk edə bildi. Jakobinin avtomobilinə gəlincə, o, hazırda Friedrichstrassedəki Berlin Divar Muzeyində nümayiş etdirilir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Günəş batması - kosmosdan görünüş

Redaktor seçimi

SON XƏBƏRLƏR