Dərc edildi: Baxış sayı: 645
Bala ayının it olduğunu düşünərək evinə aparan müğənni həbs olundu
Malaziyalı gənc müğənni Zarith Sofia Yasin yolda tapdığı bala ayının it olduğunu düşünərək evinə apardığı üçün həbs olunub.
Metbuat.az xarici mediaya istinadla bildirir ki, gənc qadın verdiyi açıqlamada “ayını tapdıqda hava qaranlıq idi. Yol kənarında çox zəif bir halda tapdım və it olduğunu düşündüm” deyə bildirib.
Ayının adını “Bruno” qoyduğunu bildirən müğənni onu heyvanat bağçasına verəcəyini və qaydaları pozmadığını deyib.
Polislər Günəş ayısı növü olan heyvanı evdə bəslədiyi üçün 27 yaşlı müğənnini həbs ediblər. Ölkədə vəhşi heyvan kateqoriyasına daxil olan heyvanların evdə bəslənməsi qadağan olduğu üçün müğənninin 10 il həbs cəzası ala biləcəyi bildirilib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət