5 yanvar tarixində BAKU.WS-in fəaliyyətə başladığı gündən düz 16 il ötür!
"Ölkə.Az" bildirir ki, bu 16 ildə xəbər portalı oxucularına dünyanın istənilən nöqtəsindən və Azərbaycandan ən maraqlı məlumatları çatdırıb və bu işini uğurla davam etdirməkdədir.
Daim eksklüziv xəbərlər, araşdırma xarakterli məqalələrlə oxucuların rəğbətini və etimadını qazanan BAKU.WS qısa zamanda Azərbaycan seqmentində etibarlı KİV resurslarından birinə çevrilib.
Saytın oxucularının sayı hər ay milyonlarla ölçülür. BAKU.WS-in Azərbaycanın bölgələrində və ölkə xaricində fəaliyyət göstərən xüsusi müxbirləri 7/24 baş verən hadisələri operativ olaraq oxucumuza təqdim edir.
BAKU.WS-in oxucularının daha rahat xəbərləri izləyə bilməsi üçün sosial şəbəkələrdə rəsmi səhifələri fəaliyyət göstərir. Sayt 2020-ci ildə də qarşısına ən yüksək hədəflər qoyub.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət