Slimfit
  1. İQTİSADİYYAT

'BakuBus'ın nizamnamə kapitalı artırılacaq

'BakuBus'ın nizamnamə kapitalı artırılacaq
Sakura

'BakuBus'ın nizamnamə kapitalı artırılacaq

Bakı Nəqliyyat Agentliyinə (BNA) məxsus "BakuBus" MMC 2019-cu il üzrə maliyyə hesabatlarının beynəlxalq standartlara uyğun auditinin həyata keçirilməsi və nizamnamə kapitalının artırılması üçün audit rəyinin verilməsi üçün elan etdiyi kotirovka sorğusuna yekun vurub.

Ens.az "Report"-a istinadən xəbər verir ki, sorğunun qalibi "Nexia EA" QSC-dir.

Qalib şirkətə 17 700 manat ödəniləcək.

Xatırladaq ki, “BakuBus” Nazirlər Kabinetinin 3 aprel 2014-cü il tarixli qərarı ilə Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində yaradılıb, ölkə Prezidentinin 6 iyul 2018-ci il tarixli fərmanı ilə BNA-nın tabeliyinə verilib. Hazırda onun nizamnamə kapitalı 30 milyon manatdır. Şirkət paytaxtda avtobuslarla beynəlxalq standartlara uyğun sərnişindaşıma xidməti göstərir. 

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şəkil çəkən it

Redaktor seçimi

SON XƏBƏRLƏR