Slimfit
  1. AZƏRBAYCAN

"Baku Electronics" dağlarda xidmət edən hərbçilərə niyə kredit vermir?

"Baku Electronics" dağlarda xidmət edən hərbçilərə niyə kredit vermir?
Sakura

"Baku Electronics" dağlarda xidmət edən hərbçilərə niyə kredit vermir?

"Dedilər ki, dağda xidmət çəkən hərbçilərə kredit vermirik. Çünki, dağda olan hərbçilər postdan aşağı düşə bilmirlər, ödəniş edə bilmirlər".

Bu sözləri BAKU.WS-ə açıqlamasında N saylı hərbi hissənin hərbçisi deyib. Adının açıqlanmasını istəməyən hərbçi Gəncə şəhərində yerləşən "Baku Electronics"də xoşagəlməz münasibətlə qarşılaşdığını deyir:

"26 iyun Silahlı Qüvvələr Günü münasibəti ilə Gəncə şəhərində yerləşən "Baku Electronics"ə  televizor almaq üçün yollandıq. Birinci qiyməti ilə maraqlandıq, sonra qeydiyyat şöbəsinə yaxınlaşıb kredit şərtlərini maraqlandıq. Dedim hərbçiyəm, kartım, vəsiqəm var. Kreditlə televizor almaq istəyirəm. Soruşdular ki, harada xidmət edirsiz. Cavab verdim ki, hərbi hissə dağlıq ərazidə yerləşir. Dedilər ki, dağda olanlara kredit vermirik. Çünki, dağda olan hərbçilər postdan aşağı düşə bilmirlər, ödəniş edə bilmirlər. 

Dedim ki, dağda Vətəni qoruyurlar. Lap krediti ödəməsəm kartımdan çıxın. Deyildi ki, Bakıdan qadağa qoyulub. Dağda olan hərbçilərə kredit verilməsi qadağandır. Mən özüm dağda xidmət edirəm və həftədə bir dəfə evimə gələ bilirəm. Silahlı Qüvvələr Günündə mənə belə cavab verdilər. Bu isti havada xidmət etdiyim postda hələ də qar var. Çətin iqlim şəraitində xidmət çəkirik. O şəraitdə düşüb şəhərə bayramımızı qeyd etmək istəyirik, amma "Baku Electronics"in Gəncə filialının işçiləri belə bir cavab verdi. 

Sözügedən faktla bağlı "Baku Electronics"lə əlaqə saxladıq. Mağazalar şəbəkəsinin satışa dəstək və nəzarət şöbəsinin müdiri Məhəmməd Əliyev BAKU.WS-ə açıqlamasında məsələyə aydınlıq gətirib: 

“Baku Electronics” olaraq biz hərbi hissələrə kredit ayırmışıq. Bizdə "Bu hərbi hissədən gələnlərə kredit verilmir" deyə bir qayda yoxdur. Hərbçi dağdadır və ya düzdədir deyə bir məhdudiyyət də yoxdur. Ola bilsin ki, bizim fəaliyyət göstərmədiyimiz ərazidən müraciət edilib. Bəzi hərbi hissələr var ki, onlara kredit ayırmışıq. Ola bilsin həmin kreditlərdə kütləvi problem yaranıb. O halda hərbi hissəyə kredit ayırmırıq".

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycanın görkəmli şairləri Balaş Azəroğlu və Mədinə Gülgün həyat yoldaşı olmuşlar.

Redaktor seçimi

SON XƏBƏRLƏR