Slimfit
  1. AZƏRBAYCAN

Bakıya 300 yeni avtobus nə vaxt gətiriləcək?

Bakıya 300 yeni avtobus nə vaxt gətiriləcək?
Sakura

Bakıya 300 yeni avtobus nə vaxt gətiriləcək?

Bakı Nəqliyyat Agentliyinin (BNA) İdarə heyətinin sədri Vüsal Kərimli 2019-cu ilin sonunadək bütün avtobuslarda kart sisteminin tətbiq olunacağını açıqlayıb. Maraqlıdır, hazırda xətdə olan avtobuslara validatorların quraşdırılmasına nə vaxt başlanacaq?

Fins.az xəbər verir ki, BNA-nın mətbuat katibi Mais Ağayev Modern.az-ın sorğusuna cavab olaraq bildirib ki, məsələ gündəmdədir: “BNA-nın tələbi ilə daşıyıcıların gətirdiyi və hazırda xətdə olan avtobuslarda da validatorların quraşdırılması gündəmdədir. Bəzi texniki məsələlər həll edildikdən sonra validatorların mərhələləli şəkildə quraşdırılmasına başlanacaq”. M.Ağayev qeyd edib ki, yeni 300 avtobusun gətirilməsi qarşıdakı aylarda reallaşacaq.

 

Qeyd edək ki, Bakı Nəqliyyat Agentliyi uzunluğu 12 və 18 metr olan 300 yeni avtobusun gətirilməsi üçün Türkiyənin  “BMC Otomotiv Sanayi ve Ticaret” AŞ şirkətilə danışıqlar aparır.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Arılar heç vaxt yatmır.

Redaktor seçimi

SON XƏBƏRLƏR