Bakının yeni rəsmi turizm xəritəsi hazırlanır
"Hazırda Bakının yeni rəsmi turizm xəritəsi hazırlanır".
“Report” xəbər verir ki, bunu Bakı Turizm İnformasiya Mərkəzinin direktoru Rüfət Bağırov deyib.
O bildirib ki, həmin xəritədə ölkənin mədəniyyət ocaqları və muzeyləri əks olunacaq: "Hər bir turist bu xəritəni tam ödənişsiz şəkildə Heydər Əliyev Beynəlxalq Hava Limanından, otellərdən, turizm informasiya mərkəzlərindən, turizm şirkətlərindən əldə edə bilərlər. Xəritə həm turistlərin işini asanlaşdıracaq, həm də onlar Azərbaycan mədəniyyəti ilə tanış olub istədikləri yerlərə istiqamətlənə biləcəklər. Eyni zamanda, Dövlət Aqrar Ticarət Şirkətinin də "pin"i xəritənin üzərində olacaq ki, səfər edən turistlər bu məhsul ilə tanış ola və həmin məhsulları əldə edib öz ölkələrinə apara bilsinlər".
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət