Slimfit
  1. İQTİSADİYYAT

Bakının Türkiyəyə 19 milyardlıq sərmayəsi...

Bakının Türkiyəyə 19 milyardlıq sərmayəsi...
Sakura

“Star Rafineri” zavodu Türkiyə ərazisində ən böyük yatırımlardan biridir

“Star Rafineri” zavodu Türkiyə ərazisində ən böyük yatırımlardan biridir.

Bunu Axar.az-a 19 oktyabrda Azərbaycan və Türkiyə prezidentlərinin açılışını etdiyi “Star” neft emalı zavodunun perspektivləri haqda danışan iqtisadçı ekspert Natiq Cəfərli deyib. İqtisadçı layihəyə 2024-cü ilə qədər 19 milyard dollara yaxın vəsait qoyulacağını bildirib:

“Bu, çox böyük bir yatırımdır. Azərbaycan bu layihə sayəsində Türkiyə ərazisində ən iri yatırımçı statusunu qazanacaq. Təbii ki, bu da Azərbaycan-Türkiyə siyasi və iqtisadi əlaqələrinin daha da genişlənməsində önəmli rol oynayacaq. “Star Rafineri” Türkiyədə neft məhsulları istehsal edəcək. Türkiyə çox cazibəli və bahalı bir bazardır, çünki 80 milyonluq əhalisi var. Türkiyə neft məhsullarının idxalından asılıdır və bu məhsulların böyük əksəriyyətini xaricdən alır. Türkiyə həm də Avropada Norveçdən sonra neft məhsullarının baha olduğu ikinci ölkədir. Yəni bu bazarın böyük cəlbediciliyi var və burada “Star Rafineri”nin bundan sonra emal edəcəyi neft məhsulları, o cümlədən yanacaq növləri, motor yağları və digər neft məhsulları kifayət qədər tələb görəcək”.

Ekspert qeyd edib ki, Türkiyənin logistik coğrafi mövqeyi ətraf ölkələrə dəniz üzərindən çox rahat və ucuz şəkildə məhsulların göndərilməsi üçün də əlverişlidir:

“Təkcə Türkiyə bazarı deyil, yaxın çevrədə olan ölkələr də neft məhsullarını xaricdən alırlar. Bu baxımdan hesab edirəm ki, “Star Rafineri” Türkiyədən xaricə ixracatda da mühüm rol oyana bilər”.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ötən gün Türkiyənin İzmir şəhərində “Star” neft emalı zavodunun açılışını ediblər.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Nizami adına Ədəbiyyat Muzeyinin binasının pəncərəsində Əfzələddin Xaqani rəsmi

Redaktor seçimi

SON XƏBƏRLƏR