Slimfit
  1. CƏMİYYƏT

Bakının rayonları üzrə koronavirusa yoluxma göstəriciləri - SİYAHI

Bakının rayonları üzrə koronavirusa yoluxma göstəriciləri - SİYAHI
Sakura

Bakının rayonları üzrə koronavirusa yoluxma göstəriciləri - SİYAHI

Bakı şəhəri üzrə koronavirusa yoluxma halları artıb.

Ens.az Modern.az-a istinadən xəbər verir ki, Azərbaycanda ötən həftə koronavirusa yoluxanların 50,2 faizi Bakının payına düşürdüsə, hazırda bu rəqəm 52 faiz təşkil edir.

Ölkə üzrə ikinci ən çox yoluxma 15,3 faizlə Abşerondadır. Üçüncü yerdə 10,3 faizlə Gəncə-Qazax zonasıdır. Yoluxmanın 8,1 faizi Aranda, 6,4 faizi Lənkəran şəhərində qeydə alınıb. Yoluxanların 1,9 faizi xaricdən gələnlərdir.

Hazırda ölkə üzrə yoluxma hallarının 1,7 faizi Quba-Xaçmaz, 1,5 faizi Şəki-Zaqatala, 1,2 faizi Yuxarı Qarabağ bölgəsində, 1,5 faizi isə Dağlıq Şirvan ərazilərindədir. Ölkə üzrə ən az yoluxma halı isə Naxçıvanda qeydə alınıb. Bu ərazidə yoluxma 0,03 faizdir.

Bakı şəhəri üzrə ən çox yoluxma halları paytaxtın Binəqədi, Yasamal və Xətai rayonlarında olub. Paytaxt üzrə yoluxanların 12,3 faizi Binəqədi, 12,2 faizi Yasamal, 12,2 faizi isə Xətai ,11,7 faizi isə Sabunçu, 10,9 faizi Nəsimi, 9,2 faizi Suraxanı 8,8 faizi Nərimanov, 7,9 faizi Nizami, 6 faizi Qaradağ, 4,3 faizi Xəzər, 4,2 faizi Səbail, 0,3 faizi Piralladı rayonlarının payına düşür.

 

 

 

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Borneo adasında bam-balan adlı qeyri-adi meyvə var. Xarici görünüşünə görə tünd rəngli malayziya manqosuna, dadı isə smetanla olan borşa oxşayır.

Redaktor seçimi

SON XƏBƏRLƏR