Dərc edildi: Baxış sayı: 450
Bakının magistral yollarında sürət həddi endirilib
“Hazırda müşahidə edilən hava şəraiti ilə əlaqədar Heydər Əliyevprospekti-Hava limanı-Buzovna yolu və Zığ dairəsi-Hava limanı avtomagistrallarında bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib”.
Bu barədə “Report”a Bakı Nəqliyyat Agentliyindən bildirilib.
Məlumata görə, məqsəd qeyd edilən yollarda hərəkətin təhlükəsizliyini təmin etməkdir.
Qurum sürücülərdən xahiş edib ki, bu cür hava şəraitində nəqliyyat vasitələrini yollarda müəyyən edilən sürət həddinə əməl etməklə idarə etsinlər.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət