Dərc edildi: Baxış sayı: 570
Bakının əsas küçələrindən birində rənglənmə işləri aparılacaq
Bakı-Şamaxı avtomobil yolunda nəqliyyat qəzaları nəticəsində yararsız vəziyyətə düşmüş təhlükəsizlik sədlərinin təmiri işləri aparılır.
Avtomobil Yolları Dövlət Agentliyindən “Report”a verilən məlumata görə, gecə saatlarında isə Yusif Səfərov küçəsində üfiqi nişanlanma xətlərinin yenidən rənglənməsi işləri aparılacaq.
İşlər saat 22:00-dan başlayaraq səhər saatlarınadək davam edəcək.
Sürücülərdən göstərilən saatlarda sözügedən yollarda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət