Slimfit
  1. İQTİSADİYYAT

Bakının ən yüksək maaş verilən rayonları açıqlanıb

Bakının ən yüksək maaş verilən rayonları açıqlanıb
Sakura

Bakının ən yüksək maaş verilən rayonları açıqlanıb

Bu ilin yanvar-avqust aylarında Bakı şəhəri üzrə muzdlu işçilərin sayı əvvəlki ilin müvafiq dövrünə nisbətən 13 840 nəfər və yaxud 2% artaraq 704 771 nəfər olub.

Report”un Bakı şəhər Statistika İdarəsinin hesabatına istinadən verdiyi məlumata görə, hesabat dvöründə işçilərin orta aylıq nominal əmək haqqı illik müqayisədə 5,3 manat və yaxud 0,68% artaraq 787,3 manat olub.

Belə ki, bu ilin yanvar-avqust aylarında Bakının Binəqədi rayonunda işləyən muzdlu işçilərin sayı 45 236 nəfər təşkil edib. Onların orta əmək haqqının həcmi isə 449,3 manat təşkil edib. 2017-ci ilin avqust ayı ilə müqayisədə Binadəqi rayonunda muzdlu işçilərin sayı 2 032 nəfər və ya 4,7% artıb. Onların əmək haqlarının həcmi isə bir il ərzində 21,8 manat və ya 5,1% artıb.

Bakının Qaradağ rayonunda muzdla işləyənlərin sayı 54 nəfər və ya 0,21% artaraq 25 171 nəfər təşkil edib. Bu rayonda işləyənlərin əmək haqqılarının həcmi isə 84,9 manat və ya 8,86% artaraq 1 042,7 manat təşkil edib.

Paytaxtın Xəzər rayonunda isə işləyən muzdlu işçilərin sayı 30 458 nəfər təşkil edib. Onların orta əmək haqqının həcmi isə 731,5 manat təşkil edib. 2017-ci ilin avqust ayı ilə müqayisədə Xəzər rayonunda muzdlu işçilərin sayı 912 nəfər və ya 3,09% artıb. Onların əmək haqqılarının həcmi isə bir il ərzində 90,3 manat və ya 14,08% artıb.

Paytaxtın mərkəzi rayonlarından biri olan Səbaildə isə muzdla işləyən içşilərin sayı 112 106 nəfər təşkil edib. Bu, ötən ilin 8 ayı ilə müqayisədə 2 364 nəfər və 2,11% azdır. Onların maaşlarlına gəldikdə isə, bu rəqəm ötən ilin yanvar-avqust ayları ilə müqayisədə 47,9 manat və ya 3,24% azdır.

Bu ilin yanvar-avqust ayları ərzində Sabunçu rayonunda siyahı tərkibində olan işçilərin sayı ötən ilin analoji dövrü ilə müqayisədə 261 nəfər və ya 0,96% artıb. Bu müddət ərzində onların əmək haqlarının həcmi 12,6 manat və ya 2,59% artıb.

Suraxını rayonunda muzdla işləyənlərin rəsmi ümumi sayı 19 236 nəfər, onların əmək haqqlarının orta hesabla həcmi 571,4 manat təşkil edib. Bu isə say baxımından 315 nəfər və ya 1,61% azalıb. Əmək haqları nisbətində isə bu rəqəm 2,7 manat və ya 0,47% azdır.

Bakının daha bir mərkəzi rayonlardan biri olan Nərimanovda isə işləyənlərin ümumi sayı 66 445 nəfər təşkil edir ki, bu da ötən ilin 8 ayı ilə müqayisədə 2 922 nəfər və ya 4,6% çoxdur. Bu rayonda orta əmək haqqının həcmi 518,1manat olub ki, bu da ötən ilin yanvar-avqust ayları ilə müqayisədə 9,3 manat və ya 1,83% artıb.

Bu ilin 8 ayında Bakının Nəsimi rayonunda muzdla işləyənlərin ümumi sayı 159 339 nəfər təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 8 950 nəfər və ya 5,95% çoxdur. Onların orta əmək haqlarının həcmi isə 655,3 manat təşkil edib ki, bu da ötən ilin yanvar-avqust ayları ilə müqayisədə 35,5 manat və ya 5,73% çoxdur.

Nizami rayonunda isə bu müddət ərzində muzdla işləyənlərin orta hesabla ümumi sayı 1032 nəfər və ya 2,31% azalaraq 43 692 nəfər olub. Bu ilin yanvar-avqust aylarında onların da orta əmək haqlarının həcmi 16,9 manat və ya 2,53% azalaraq 650,2 manat təşkil edib.

Bakının ən böyük rayonlarından biri olan Xətaidə isə ümumi çalışanların sayı 63 212 nəfər təşkil edib. Bu müddət ərzində onlar aylıq olaraq orta hesabla 773,7 manat əmək haqqı alıblar. Bu rəqəm say baxımdan ötən ilin yanvar-avqust ayları ilə müqayisədə 478 nəfər və ya 0,76% çoxdur. Məbləğ baxımımdan isə bu rəqəm 636 manat və ya 7,59% azdır.

Bakının sayca 11-ci rayonu Yasamalda isə çalışanların orta əmək haqqları bu ilin yanvar-avqust aylarında 104 354 nəfər olub. Ötən ilin 8 ayı ilə müqayisədə onların sayı 1535 nəfər və ya ya 1,49% artıb. Onların orta əmək haqlarının həcmi 690,6 manat olub ki, bu da 2017-ci ilin eyni dövrü ilə müqayisədə 43,8 manat və yta 6,77% çoxalıb.

Paytaxtın sayca 12-ci olan və sonda yaradılan Pirallahı da isə işləyənlərin orta sayı 8 111 nəfər olub. Onların aylıq aldıqları maaşlarının orta hıcmi isə 1 462,1 manat təşkil edib. Bununla da bu rayonda işləyənlərin sayı ötən ilin yanvar-avqust ayları ilə müqayisədə 407 nəfər və ya 5,28%, əmək haqqılarının orta həcmi isə 75,6 manat və ya5,45% artıb.

Beləliklə, belə qənaətə gəlmək olar ki, bu ilin səkkiz ayında paytaxt Bakıda ən çox iş yeri olan rayon Nəsimidir. Bu rayonda 159 339 nəfər işlə təmin edilib. Bakının ən yüksək əmək haqqı verən iş yerləri olan rayon isə Pirallahıdır. Bu rayonda hər işçi orta hesabla 1462,1 manat əmək haqqı alır.

  2018-ci ilin yanvar-avqust aylarında 
muzdlu işçilərin sayı (nəfər)
2018-ci ilin yanvar-avqust aylarında 
orta aylıq nominal əməkhaqqı (manat)
Bakı şəhəri - cəmi  704 771 787,3
o cümlədən rayonlar:
Binəqədi 45 236 449,3
Qaradağ 25 171 1 042,7
Xəzər 30 458 731,5
Səbail 112 106 1 430,5
Sabunçu 27 411 499,0
Suraxanı 19 236 571,4
Nərimanov 66 445 518,1
Nəsimi 159 339 655,3
Nizami 43 692 650,2
Xətai 63 212 773,7
Yasamal 104 354 690,6
Pirallahı 8 111 1 462,1
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İlk kibrit qutularından biri

Redaktor seçimi

SON XƏBƏRLƏR