Slimfit
  1. İQTİSADİYYAT

Bakının elektrik enerjisi, qaz və buxar i stehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi artıb

Bakının elektrik enerjisi, qaz və buxar i stehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi artıb
Sakura

Bakının elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın…

Cari ilin yanvar-iyul aylarında Bakının elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi artıb.

Bakı Şəhər Statistika İdarəsindən AZƏRTAC-a bildirilib ki, paytaxtın elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda yeddi ay ərzində 346,7 milyon manat dəyərində məhsul istehsal edilib və xidmətlər göstərilib. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3,4 faiz artım müşahidə olunub. Hesabat dövründə sənaye məhsulunun 1,4 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsal edilib.

Su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə istehsal edilmiş məhsulların və göstərilmiş xidmətlərin həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,2 faiz azalaraq 128,3 milyon manat təşkil edib. Sənaye məhsulunun 0,5 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Kaliforniya, ABŞ

Redaktor seçimi

SON XƏBƏRLƏR