Bakının bu məktəbinə hələ də istilik verilməyib
Bu barədə "Ölkə.Az"-a sözügedən təhsil ocağında oxuyan şagirdlərin valideynləri məlumat veriblər.
Qeyd edək ki. qanunvericiliyə görə, istiliyin verilməsi respublikanın dağ və dağətəyi rayonlarında 1 noyabr tarixindən, digər ərazilərdə, o cümlədən Bakı şəhərində 15 noyabr tarixindən başlanılmalıdır. Lakin buna baxmayaraq, mərkəzi məktəblərdən biri sayılan 20 nömrəli məktəb hələ də istilik üzünə həsrtədi. İş o yerə gəlib çıxıb ki, məktəb valideynlərdən sinifə isitmə cihazı gətirmələri xahiş olunub.
Əldə etdiyimiz məlumata görə, hətta bir çox valideynlər siniflərin soyuq olduğuna görə, övladlarını məktəbə yollamaqdan imtina edirlər. Şagirdlər soyuqdan donmamaq üçün sinifdə üst geyimləri ilə otururlar.
Valideynlərin sözlərinə görə, təhsil ocağının direktoru Səadət Veysova istiliyin verilməməsinin səbəbini onlara açıqlamaq istəmədiyini deyib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət