Dərc edildi: Baxış sayı: 482
Bakının bu küçəsində avtomobillərin hərəkəti məhdudlaşdırılacaq
Bakı şəhəri, Xətai rayonu, İnqilab İsmayılov küçəsində təmir işlərinə başlanılır.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) verilən məlumata görə, bununla əlaqədar yanvarın 31-dən fevralın 1-nə keçən gecədən etibarən sözügedən küçədə nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılacaq.
“Sürücülərdən hərəkət istiqamətlərinə uyğun olaraq öncədən alternativ yollar seçməklərini tövsiyə edirik”, - deyə AAYDA-nın məlumatında bildirilir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət