Dərc edildi: Baxış sayı: 400
Bakının bu küçələrində hərəkət dayandırılacaq
Xocalı soyqırımının 27-cı ildönümünə həsr olunmuş tədbirlərlə əlaqədar olaraq Bakı şəhərinin bir sıra küçələrdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.
Publika.az xəbər verir ki, sabah paytaxtın Xətai rayonu Xocalı prospekti istiqamətində kəsişən bütün paralel küçə və prospektlərdə avtomobillərin hərəkətinə məhdudiyyət qoyularaq istiqamət dəyişdiriləcək.
Məhdudiyyət saat 08:00-dan tədbir başa çatanadək davam edəcək.
"Ana harayı" abidəsinə ziyarətə gələnlərdən xahiş olunur ki, ictimai nəqliyyatdan istifadəyə üstünlük versinlər.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət