Dərc edildi: Baxış sayı: 399
Bakının bu ərazisində su olmayacaq
Bakı şəhəri Səbail rayonu Fikrət Əmirov küçəsindən keçən magistral su xəttində qəza baş verib.
Bu barədə Axar.az-a Azərsu ASC-dən məlumat verilib.
"Qəzanın aradan qaldırılması ilə əlaqədar dekabrın 18-də gün ərzində Fikrət Əmirov, Üzeyir Hacıbəyov və Xəqani küçələrinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyət olacaq",- məlumatda qeyd edilib.
Yaranmış narahatlıqla əlaqədar Azərsu ASC abonentlərdən üzr istəyir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət