Dərc edildi: Baxış sayı: 448
Bakıda bir sıra subasma sahələrində gərginlik müşahidə olunur
Bakıda bir sıra subasma sahələrində gərginlik müşahidə olunur.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planalma ekspedisiyasının rəisi Əziz Qaralov özəl olaraq Trend-ə bildirib ki, Binəqədi rayonu, Binəqədi 1-ci mədən yaşayış sahəsində, həmçinin Binəqədi qəsəbəsi, Məlikaslanov küçəsi və ətraf ərazilərdə atmosfer yağıntılarının təsirindən subasma prosesinin dinamikasında stabil gərginlik müşahidə olunur.
Onun sözlərinə görə, Sabunçu rayonu, Maştağa-Zabrat subasma sahəsi, "Daş karxanası" yaşayış massivi, “Şuşa” şəhərciyi, Zabrat-Məhəmmədi və "Savalan" subasma sahələrində də eyni səbəbdən subasma prosesinin dinamikasında stabil gərginlik qeydə alınır.
Ə.Qaralov bildirib ki, atmosfer yağıntılarının təsirindən subasma prosesinin dinamikasında stabil gərginlik Qala qəsəbəsindəki subasma sahəsində də müşahidə olunur.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət