Slimfit
  1. AZƏRBAYCAN

Bakının Baş Planı üzrə rəqəmsal kadastr məlumatları hazırdır

Bakının Baş Planı üzrə rəqəmsal kadastr məlumatları hazırdır
Sakura

Bakının Baş Planı üzrə rəqəmsal kadastr məlumatları hazırdır

 

Bakı şəhərinin torpaqları və onlar üzərindəki daşınmaz əmlaklar barəsində elektron kadastr məlumat bazası yaradılıb, rəqəmsal kadastr xəritələri tərtib edilib. Qeyd edilməlidir ki, Bakının mükəmməl rəqəmsal kadastr məlumatları bazası paytaxtın Baş Planının hazırlanması işində əsas istinad mənbələrindən biri hesab olunur. Bu məqsədlə şəhərin rəqəmsal kadastr məlumatları Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə elektron şəkildə təqdim olunub.

Əmlak Məsələləri Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, Bakının Baş Planının hazırlanmasında əsas istinad edilən bu bazada paytaxtda yerləşən əmlaklar, torpaq sahələri barədə müfəssəl məlumatlar yerləşdirilib. Belə ki, burada hər bir torpaq parselinin hüdudları, onların üzərindəki tikilinin ünvanı, mərtəbəliliyi, o cümlədən tikintialtı sahəsi, perimetri, koordinatları və s. barədə müfəssəl məlumatlar toplanıb. Eyni zamanda şəhərin kommunikasiya infrastrukturu haqqında da dəqiq informasiya yer alıb. Başqa sözlə, məlumat bazasında yerüstü mühəndis-kommunikasiya xətləri əks olunub. Bu bazada torpaq, yaşayış binaları, istehsalat obyektləri, qeyri-yaşayış sahələri, o cümlədən təhsil, səhiyyə, məişət obyektləri barədə geniş informasiyalar öz əksini tapır. Həmçinin məlumat bazasında bir çox mühəndis-kommunikasiya infrastrukturu obyektlərinin mühafizə zonaları və zolaqlarının hüdudları əks olunub. Sosial təyinatlı obyektlərin yerləşməsinə dair məlumatların mövcudluğu onların xidmət radiuslarının təhlilinə, zəruri əlavə layihələndirmə işlərinin lazımlılıq dərəcəsinin müəyyənləşdirilməsinə imkan verir.

Kadastr məlumatlarına istinad edilməsi Bakının Baş Planının hazırlanması prosesində sosial-iqtisadi, ekoloji, texniki cəhətdən əsaslandırılmış layihə-proqnoz həllərinin tapılmasında əvəzsiz rol oynayacaq.

Komitə tərəfindən Bakı şəhərində aparılmış kadastr uçotu işlərinin nəticələrindən istifadə dairələri genişdir. Bu məlumatlar, həmçinin torpaq və digər daşınmaz əmlaklarla bağlı mülkiyyət hüquqlarının qeydə alınması işinin elektronlaşdırılmasında da əvəzsiz rola malikdir. Digər tərəfdən bu bazaya istinad etməklə daşınmaz əmlak (torpaq) idarəçiliyinin elmi əsaslarla həyata keçirilməsinə nail olmaq olar.

 

Mənbə: Trend.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1989-cu ildə üç rəngli bayrağımız ilk dəfə Gəncə Şəhər İcra Hakimiyyəti binasının üzərində dalğalanmışdır.

Redaktor seçimi

SON XƏBƏRLƏR