Slimfit
  1. CƏMİYYƏT

Bakının avtobus dərdinə əlac edilir

Bakının avtobus dərdinə əlac edilir
Sakura

Bakının avtobus dərdinə əlac edilir

Mais Ağayev “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzinə mediatur zamanı bir sıra layihələrin anonsunu verdi

Yenidən qurulan “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzinə (HUB) mediatur təşkil edilib. “Yeni Müsavat”ın əməkdaşının da qatıldığı mediaturun məqsədi mərkəz haqqında ictimaiyyətə geniş məlumat vermək olub.

Metronun “Koroğlu” stansiyasının ətrafında uzun müddətdir ki, nəqliyyatın sıxlığı müşahidə edilir. Bu ərazidə xüsusilə də günün pik saatlarında taksilər avtobuslara yol vermir, avtobuslar da piyadalara. Yaradılan yeni HUB-la problemin həll olunacağı gözlənilir.

Jurnalistləri NMM-lə tanış edən Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev bildirib ki, mərkəzdə sərnişinlərin rahatlığını və təhlükəsizliyini təmin etmək məqsədilə 4 platformadan ibarət avtobus terminalı inşa edilib:

“Platformalarda müasir informasiya texnologiyaları avadanlıqları, soyutma və isitmə sistemləri ilə təchiz edilmiş 10 gözləmə zalı var. Gözləmə zalları Azərbaycanın elm, ədəbiyyat, mədəniyyət, incəsənət, tarix, idman sahəsində əldə etdiyi uğurları, zəngin dəyərləri əks etdirən yazılı və qrafik məlumatlar əsasında tərtib edilib. Hər bir zalda maarifləndirici məlumatlarla yanaşı, kitab rəfləri quraşdırılıb. Məqsəd sərnişinlərin kitab oxumağa marağını artırmaq, onların ideoloji tərbiyəsi və vətənpərvəliyinin gücləndirilməsinə töhfə verməkdir. Gözləmə zalları ilə yanaşı mərkəzdə idarəetmə otağı, tibb məntəqəsi, ana və uşaq otağı, sanitar qovşağı inşa edilib”.

M.Ağayev qeyd edib ki, mərkəzin əsas özəlliklərindən biri də ərazisində yaşıllıq zonası-istirahət parkının salınmasıdır. Mərkəzin ən mühüm cəhətlərindən biri də fiziki imkanları məhdud insanlar üçün əlçatanlığın təmin olunmasıdır.

Qurum rəsmisinin sözlərinə görə, ətraf kənd və qəsəbələri şəhər mərkəzi ilə birləşdirən 30 müntəzəm marşrut xətti üzrə 430-a yaxın avtobusun fəaliyyət göstərəcəyi mərkəzin xidmətlərindən gün ərzində 270 min nəfərə yaxın sərnişin istifadə edəcək.

“Burada hər bir marşrut xətti üzrə avtobuslar üçün dayanacaq yeri müəyyən edilib, məlumatlandırıcı lövhələr yerləşdirilib. Həmçinin nağdsız ödənişin aparılmasına imkan verən avadanlıqlar - ödəmə terminalları quraşdırılıb: ”Şəhərimizin sürətli sosial-iqtisadi inkişafı ilə ahəng təşkil edən “Koroğlu” HUB konsepsiyası dövlətin öz vətəndaşlarına verdiyi yüksək dəyərin bariz nümunəsidir".

Ağayev söyləyib ki, “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzi (HUB) bir həftə ərzində sərnişinlər üçün istifadəyə veriləcək. O bildirib ki, mərkəzə daxil olacaq avtobusların sürücüləri yaxın günlərdə test yürüşü həyata keçirəcək: “Metronun ”Koroğlu" stansiyasından Nəqliyyat Mübadilə Mərkəzinə yol uzun olduğu üçün sərnişinlərə günün isti və ya soyuq vaxtlarında gəlmək çətin olur. Yaxın vaxtlarda metro stansiyası ilə Nəqliyyat Mübadilə Mərkəzi arasında xüsusi örtüklü dəhlizin inşa edilməsi nəzərdə tutulub. Eyni zamanda metro stansiyası və onun yanındakı avtobus dayanacağına qədər görmə əngəlli insanlar üçün tratil piltələrin düzəlməsi planlaşdırılır. Gələcəkdə metronun “Nəriman Nərimanov” stansiyası, “Gənclik” stansiyası - Tofiq Bəhramov adına Respublika Stadionu ətrafında növbəti nəqliyyat mübadilə mərkəzlərinin yaradılması nəzərdə tutulub. Daha sonra Bakıətrafı qəsəbələrdə kiçik nəqliyyat mübadilə mərkəzlərinin yaradılması planlaşdırılır. Yeni avtobusların gətirilməsi və HUB-ların yaradılması ictimai nəqliyyatda qiymət artımına səbəb olmayacaq. Hazırda ölkəyə gətirilən yeni avtobusların hansı istiqamətlər üzrə istifadəyə veriləcəyi müzakirə olunur. Avtobuslar əsasən Bakıətrafı kənd və qəsəbələrə xüsusilə ən çox şikayət olunan istiqamətlərə veriləcək. Qala-Pirallahı, Mərdəkan, Bilgəh Buzovna, Maştağa, Pirşağı istiqamətlərinə avtobusların verilməsi nəzərdən keçirilir".

M.Ağayev qeyd edib ki, ilin sonuna qədər avtobusların gətirilib xəttə buraxılması yekunlaşdırılacaq.

M.Ağayev onu da bildirib ki, Bakı Şəhər İcra Hakimiyyəti ilə təhvil-təslim işləri aparıldığı üçün bəzi dayanacaqlarda təmizlik təmin oluna bilmirdi:

“Hazırda dayanacaqlar hər gün yuyulur. Lakin vətəndaşlar tərəfindən təmizliyə riayət olunmur. Dayanacaqlarda müxtəlif iş, alqı-satqı elanları yapışdırılır.

2020-ci ildən Bakı şəhərində fəaliyyət göstərən bütün avtobusların mütləq əksəriyyəti kart sisteminə keçəcək. Hazırda Bakıda fəaliyyət göstərən 2100 avtobusdan 503-ü kart sisteminə keçib".

Jurnalistlər mərkəzin tibb məntəqəsi, gözləmə zalları ilə də əyani şəkildə tanış olublar.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bu şəkildə gördüyünüz adam 25 erməni əsgərinin qatili Ülfət Həsənovdur

Redaktor seçimi

SON XƏBƏRLƏR