Dərc edildi: Baxış sayı: 641
Bakının 7 və 8-ci mikrorayonlarında içməli suyun verilməsi dayandırılıb
Magistral su kəmərində baş vermiş qəza ilə əlaqədar Binəqədi rayonunun 7 və 8-ci mikrorayonlarına içməli suyun verilməsi dayandırılıb.
Bu barədə APA-ya "Azərsu" ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Anar Cəbrayılov məlumat verib.
O bildirib ki, "Azərsu" ASC-nin əməkdaşları və xüsusi texnikası əraziyə cəlb olunub, qəzanın qısa müddətdə aradan qaldırılması üçün müvafiq işlərə başlanılıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət