Slimfit
  1. MEDİA

Bakını “vurmaq” istəyənlər cəbhə xəttinə baxsınlar - Deputat

Bakını “vurmaq” istəyənlər cəbhə xəttinə baxsınlar - Deputat
Sakura

Bakını “vurmaq” istəyənlər cəbhə xəttinə baxsınlar - Deputat

Ümumiyyətlə, həssas məsələlərlə bağlı bir işdə şəxsi maraqların üstün tutulması yolverilməzdir.

Axar.az xəbər verir ki, bu sözləri AŞPA-nın yay sessiyasında “Dafne Karuana Qalizianın qətli və Maltada və digər ölkələrdə hüquqi dövlət: bütün həqiqətlərin işıqlandırılmasını təmin etmək” adlı məruzənin müzakirəsi zamanı qurumdakı nümayəndə heyətimizin üzvü millət vəkili Sevinc Fətəliyeva səsləndirib.

O bildirib ki, müzakirə olunan məruzənin müəllifinin məqsədi Azərbaycanın imicinə xələl gətirməkdir:

“Azərbaycan Avropa Şurasına üzv dövlətlərlə iqtisadi, enerji sahələrində yüksək səviyyəli əməkdaşlıq edir. Ancaq müzakirə olunan məruzədən görürük ki, onun müəllifinin bir məqsədi var: Azərbaycanın imicinə xələl gətirmək. Onlar bizi Avropa Şurası ilə əməkdaşlıq yolundan, həmin təşkilatın dəyərlərinə sadiq qaldığımız yoldan yayındıra bilməzlər.

Onlara səslənirəm: həqiqətən də Azərbaycandakı müsbət proseslər, xalqımız sizə maraqlıdırsa, onda enerjinizi və təşəbbüsünüzü düzgün istiqamətə yönləndirin. Ondan müsbət mənada istifadə edin. Azərbaycandakı bir milyon qaçqın və məcburi köçkünün hüquqlarına dair müzakirələr təşkil edin, işğal faktını müzakirə edin. Cəbhə xəttində erməni silahlı qüvvələri tərəfindən bu gün də günahsız uşaqların qətlə yetirilməsini müzakirə edin”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Florida, ABŞ

Redaktor seçimi

SON XƏBƏRLƏR