Slimfit
  1. AZƏRBAYCAN

Bakını niyə su basdı?

Bakını niyə su basdı?
Sakura

Bakını niyə su basdı?

"Bakıda su aparan xətlər birdən-birə çox həcmdə suyun aparılmasını çatdıra bilmədiyindən küçələrdə sel yarandı", Səbael rayonu icra hakimiyyəti başçısının müavini Abid Əliyev deyib.

Bazar günü Bakıya yağan leysandan sonra şəhərin mərkəzi küçələri su altında qalıb, nəqliyyatın hərəkətində ləngimələr, tıxaclar yaranıb, bir neçə yeraltı və metro keçidlərinə su dolub.

Sosial şəbəkələrdə istifadəçilər Bakının müxtəlif yerlərindən çəkilmiş və maşınların, adamların yolda qaldığını, yağış sularının metro və yeraltı keçidlərə dolduğunu göstərən video görüntülər paylaşaraq yerli hakimiyyəti sərt tənqid ediblər.

"Bizim sistemlər hamısı işlək vəziyyətdə olmasına baxmayaraq, o suyu çatdırıb eyni anda ötürə bilmirdi", "Azərsu" rəsmisi BBC News Azərbaycancaya bildirib.

"Sovetdən qalma problem"

"Yağışdan sonra bir az su yığıldı, sonra da çəkilib getdi, elə bir ciddi fəsad verməyib", - şəhərin mərkəzi rayonlarından biri olan Səbael rayon icra hakimiyyətinin rəsmisi Abid Əliyev BBC News Azərbaycancaya bildirib.

Abid Əliyevin sözlərinə görə, "güclü yağış yağması Azərbaycan üçün xarakterik" deyil: "Ona görə də çox yağış-qar yağanda biz buna hazır olmuruq. Bu yağış bizim region üçün qeyri-adi idi və bizim su ötürücülərin onu ötürməyə gücü çatmır".

Abid Əliyev bildirib ki, bu problem bir-iki günün işi deyil, sovet dönəmindən qalma problemdir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şəhər əhalisi öldürülən azərbaycanlıların yanında. Bakı, 1918-ci il. 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı Soveti və Erməni Daşnak Partiyasından olan silahlı dəstələr tərəfindən 12

Redaktor seçimi

SON XƏBƏRLƏR