Slimfit
  1. AVTO VƏ MOTO

Bakın tam doldurulduğunu necə təyin etmək olar?

Bakın tam doldurulduğunu necə təyin etmək olar?
Sakura

Ekspert yanacaqdoldurma məntəqələrində bakın tam doldurulmadığının necə təyin edilməsi barədə danışıb

Ens.az xəbər verir ki, avtomobil sahibi benzinin pulunu ödədiyi vaxtda bəzən "əliəyri" yanacaqdoldurma işçiləri iki litrə qədər benzini az vura bilər. Bunu "Goldman Group" holdinqinin icraçı direktoru Dmitri Gelemurzin bildirib.

"Ona görə çalışmaq lazımdır ku, sınanılmış yerdə yanacaq doldurasınız. Hərçənd , burada da vicdansız işçilərin fırıldağına tuş gəmək olar. Məsələn, sayğacları fırladılan yerlərdə. Bəzən işçilər aparatın parametrlərini dəyişdirir və ödədiyiniz qədər litr göstərsə də, əslində bir və ya iki litr əlavə etmir. Belə hallar isə əsasən müştərilərin gözündən yayınır.

Ekspert əlavə edib ki, müştərilərin başı nəyəsə qarışanda işçilər benzini sonadək vurmur "Buna görə, əsəb gərginliyini biruzə verən işçilərin davranışını və doldurma zamanı prosesi diqqətlə izləməlisiniz" deyib.

Bundan əlavə, Gelemurzin avtomobil bakının texniki xüsusiyyətlərini və həcmini yaxşı öyrənməyi də məsləhət görür: "Bilmək vacibdir ki, avtomaşının təlimat kitabçasında istehsalçılar avtomobil bakının yanacaq tutumunu yazanda onun qapağına qədər olan həcmini göstərmirlər. Buna görə də, Avropa istehsalı olan bir avtomobilə düz vəziyyətdə dayandıqda kitabçada qeyd göstərilən həddin 1/4-i qədər artıq yanacaq dolduqda təəccüblənməməlisiniz. Yapon avtomobillərində bu fərq nisbəti azdı

- təxminən on faiz, Rusiya markalarında isə adətən 15 faiz həddində olur".

Mütəxəssis qeyd edibi ki, istehsalçıların bu addımı bir növ yanacaq üçün "ehtiyat tədarükü" qoymaqla bağlıdır ki, işıq yanandan sonra bir müddət ən yaxın yanacaqdoldurma məntəqəsinə çatmağa imkan olsun. "Buna görə yanacaq çənini uzun yola çıxdıqda tam doldurmağa çalışın ki, birdən hansısa məsafədə doldura bilməmək riski yaranar. Şəhər şəraitində isə həmin yeri boş saxlamaq və havalandırma sisteminin öz funksiyalarını yerinə yetirməsinə imkan vermək daha yaxşıdır. Bu, həm də yanacağın qızdığı zaman genişlənmə imkanına sahib olması üçün lazımdır" - Gelemurzin əlavə edib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Elütera adası - Karib dənizi ilə Atlantik okeanın görüş nöqtəsi adlanır

Redaktor seçimi

SON XƏBƏRLƏR