
Vayra Vike-Frayberqa: "Putin unudur ki, Rusiya Sovet İttifaqı deyil"
"Vaxtilə Vladimir Putinlə görüşümdə o, Sovet İttifaqının dağılmasını faciə adlandırmışdı. Hazırda biz Putin tərəfindən həmin hisslərin üzə çıxdığını görürük".
Ens.az Oxu.az-a istinadən xəbər verir ki, bunu "Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətlərə çevrilməsi" adlı XII Qlobal Bakı Forumunda Latviyanın sabiq prezidenti (1999-2007), Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri Vayra Vike-Frayberqa deyib.
"O düşünür ki, Rusiya daha böyük və nəhəngdir. Unudur ki, Rusiya Sovet İttifaqı deyil. O, Azərbaycanı və bizim kimi ölkələri bu məsələdə özünə tərəfdaş hesab etmir", - deyə sabiq prezident əlavə edib.
O, çıxışı zamanı böyük güclərin kiçik dövlətlərin hüquqlarına hörmət etmədiyini, ərazilərini genişləndirmək istəyində olduqlarını, liderlərin çıxışlarında populizmin özünü qabarıq şəkildə göstərdiyini deyib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət