Slimfit
  1. CƏMİYYƏT

“BakıKart”lara 10 qəpik niyə yüklənmir? – Açıqlama

“BakıKart”lara 10 qəpik niyə yüklənmir? – Açıqlama
Sakura

“BakıKart”lara 10 qəpik niyə yüklənmir? – Açıqlama

Bu gün səhər saatlarında Bakı Metropoliteni QSC-də quraşdırılan terminallarda “BakıKart”ın balansının artırılması zamanı bəzi problemlər qeydə alınıb.

Axar.az əməkdaşı xəbər verir ki, səhər saat 08.00-09.00 radələrində terminallarda kartın balansına 10 qəpiklik yükləmək mümkün olmayıb.

Məsələ ilə bağlı “BakıKart”dan saytımıza bildirilib ki, metro stansiyalarında quraşdırılan terminallarda problem olması barədə onlara müraciət daxil olmayıb:

“Terminalların hamısı işlək vəziyyətdədir. Bu gün bizə bununla bağlı vətəndaşlar tərəfindən şikayət daxil olmayıb. Ola bilər ki, bəzi şəxslərin yükləmək istədiyi metal sikkələr əyri, paslı və ya yarasız vəziyyətdə olub. Belə sikkələri terminallar qəbul etmir”.

Xüsusi olaraq qeyd edək ki, 10 qəpikliyi daxil edərkən, terminallarda “10 qəpik qəbul edilmir” sözləri yazılırdı.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Üzeyir Hacıbəyovun seminariyanı bitirdikdən sonra 1904-cü ildə Cəbrayılın Hadrut kəndində müəllim kimi işlədiyi bina..

Redaktor seçimi

SON XƏBƏRLƏR