Bakıdan rayonlara gediş-gəlişlə bağlı YENİ QƏRAR
Xüsusi təyinatlı, o cümlədən təcili tibbi yardım, qəza-bərpa, xilasedici, habelə yük daşıyan avtomobillərin hərəkəti istisna olmaqla, sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiq olunduğu şəhər və rayonlara giriş-çıxış və ölkənin digər şəhər və rayonlarından yerustü və hava nəqliyyatı ilə sərnişin daşımaların dayandırılması (Naxçıvan Muxtar Respublikası istisna olmaqla) qüvvədə qalır.
Ens.az-ın məlumatına görə, bu barədə Nazirlər kabineti yanında Operativ Qərargah qərar qəbul edib.
Qeyd edək ki, 31 avqust saat 00:00-dək Bakı, Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərləri və Abşeron, Bərdə, Goranboy, Göygöl, Xaçmaz, Salyan rayonlarnda sərtləşdirilmiş xüsusi karantin rejimi aşağıdakı şəhər və rayonlarda tətbiq olunacaq.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət