Dərc edildi: Baxış sayı: 529
Bakıdan Krıma avtobus reysləri açılır? - İddialara cavab
Bəzi xarici kütləvi informasiya vasitələrində Bakıdan Krıma (Simferopol) müntəzəm marşrut xətti üzrə avtobus reyslərinin açılması barədə razılığa gəlindiyi haqqında gedən məlumatlar həqiqətə uyğun deyil.
Azvision.az xəbər verir ki, bu barədə Dövlət Avtomobil Nəqliyyatı Xidməti (DANX) məlumat yayıb. Bildirilib ki, hər hansı ölkəyə beynəlxalq marşrut xətləri ilə bağlı razılıq paritet əsaslarla müraciət əsasında tənzimlənir.
"Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti qeyd olunan müntəzəm marşrut xətti üzrə reyslərin açılmasına dair heç bir təşəbbüslə çıxış etməyib və bununla bağlı quruma ünvanlanan heç bir müraciət üzrə razılıq verilməyib", - deyə məlumatda qeyd olunub.

Şərhlər
Şərhləri göstər Şərhləri gizlət