Dərc edildi: Baxış sayı: 428
Bakıdakı silahlı insidentdə qətlə yetirilən polisin atası: "O adamı Allah da bağışlamır"
"Bir il idi ki nişanlı idi. 4-5 ay sonra toyunu edəcəkdik".
Ens.az Oxu.az-a istinadən xəbər verir ki,bunu Bakıdakı silahlı insident zamanı həlak olan polis serjantı Mahir Ağayevin atası Mayıl Ağayev deyib.
"Bizim üçün ağır olacaq. Hər gün qardaşını, məni öpüb işə gedirdi. Polislər hamımızın balalarıdır. Çalışaq, onlara ziyan verməyək. Valideynləri üçün ağır olur. İnsanı öldürmək olmaz. O adamı Allah da bağışlamır", - deyə M.Ağayev əlavə edib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət