Hazırda Bakının bir çox yerlərdində parkinq üçün nəzərdə tutulan ödəniş terminalları işləmir. Əvəzində əlində xüsusi aparat olan şəxslər avtomobilini park etmək istəyən sürücülərin başının üstünü kəsdirib 1 saat üçün 1 manat ödəniş tələb edirlər. Əgər 1 manat ödəniş edib avtomobili 2 saat ərzində müəyyən olunan yerdə saxlayıbsınızsa, əlavə olaraq 1 manat da ödəməlisiniz.

 

AzNews.az xəbər verir ki, məsələ ilə bağlı Modern.az-a danışan Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin əməkdaşı Mais Ağayev sözügedən şəxslərin BNA-nın əməkdaşı olmadığını bildirib:

“Hazırda Bakı Nəqliyyat Agentliyilə Bakı Şəhər İcra Hakimiyyəti arasında təhvil-təslim prosesi gedir. Parkinqlərə nəzarət bizə verilsə də, təhvil-təslim prosesi yekunlaşmadığından hələlik tam olaraq, BNA-nın balansında deyil”.

 

BNA rəsmisi sürücülərdən parkinq haqqı alan şəxslərin hansı qurumun əməkdaşı olduqlarını bilmədiyini vurğulayıb.