Slimfit
  1. AZƏRBAYCAN

Bakıda Zeynalabdin Tağıyevin heykəlinə yer axtarılır – Mərkəzə yaxın küçələr nəzərdən keçirilir

Bakıda Zeynalabdin Tağıyevin heykəlinə yer axtarılır – Mərkəzə yaxın küçələr nəzərdən keçirilir
Sakura

Bakıda Zeynalabdin Tağıyevin heykəlinə yer axtarılır – Mərkəzə yaxın küçələr nəzərdən keçirilir

Bakı Şəhər İcra Hakimiyyətində (BŞİH) XX əsrin 20-ci illərinin ortalarına kimi yaşamış Azərbaycanın xeyriyyəçisi Hacı Zeynalabdin Tağıyevin heykəlinin qoyulmasından ötrü təklifə baxılır.

Strateq.az xəbər verir ki, bu barədə BŞİH-dən bildiriblər.

Qurumdan verilən məlumata görə, bu məqsədlə aidiyyəti orqanlarla mərkəzə yaxın küçələr nəzərdən keçirilir. Məlumatda qeyd edilir ki, hələlik, bu məqsədlə Qız qalasının yanında (Neftçilər prospekti) sökülən evin yerindəki boş sahəyə, «Kukla teatrı» ilə üzbəüz bağa (Neftçilər prospekti ilə Əziz Əliyev küçəsinin kəsişməsi) baxış keçirilib.

İcra hakimiyyətindən deyiblər ki, hələlik, heykəlin harada qoyulması barədə hər hansı bir qərar qəbul edilməyib.

Martın 1-də dövlət başçısı İlham Əliyev bir qrup mədəniyyət və incəsənət işçiləri ilə görüş keçirib. Həmin görüşdə «Bakılı oğlanlar» Şən və Hazırcavablar Klubunun üzvü Bəhram Bağırzadə Bakıda Azərbaycanın xeyriyyəçisi Hacı Zeynalabidin Tağıyevə heykəl qoyulması təklifini səsləndirib.

H.Z.Tağıyev uzun (1823-1924) ömür sürüb. Fəhləlikdən milyonçuluğa qədər yüksəlib. Bu şəxsin Azərbaycanda təhsilə, mədəniyyətə və sosial problemlərin həllinə böyük pullar xərclədiyi bildirilir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

"Min bir gecə" baletinin (şəkildə) musiqisi Fikrət Əmirov, librettosu isə "Min bir gecə" nağılları əsasında Maqsud və Rüstəm İbrahimbəyovlar tərəfindən yazılmışdır.

Redaktor seçimi

SON XƏBƏRLƏR