Dərc edildi: Baxış sayı: 696
Bakıda yollarda sürət həddi endirildi
Hazırda paytaxtda müşahidə edilən yağıntılı hava şəraiti ilə əlaqədar Heydər Əliyev prospekti-Hava Limanı-Bilgəh və Zığ dairəsi-Hava Limanı avtomagistrallarında bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. Məqsəd hərəkətin təhlükəsizliyini təmin etməkdir".
Bu barədə Axar.az-a Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib.
"Hərəkət iştirakçılarına bu cür hava şəraitində ehtiyatlı olmaları, sürücülərdən yollarda sürət həddinə əməl etmələri, meteoroloji amilləri nəzərə almaları və digər hərəkət iştirakçılarına qarşı anlayışlı davranmaları xahiş edilir",- məlumatda bildirilib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət