Dərc edildi: Baxış sayı: 535
Bakıda yeni tunel çəkilə bilər
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Bakı Beynəlxalq Avtovağzal Kompleksinin yaxınlığından yeni tunelin çəkilməsi ilə bağlı layihəni hökumətə təqdim edib.
“Report” xəbər verir ki, bunu Agentliyin İdarə Heyətinin sədri Saleh Məmmədov bildirib.
Onun sözlərinə görə, layihə Bakı Nəqliyyat Agentliyinin, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Nəqliyyat İdarəsinin, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə birlikdə nəzərdən keçiriləcək və təsdiq edildikdən sonra tikinti işlərinə başlanılacaq.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət