Yanvarın 26-da Bakıda V Azərbaycan Beynəlxalq Arıçılıq konfransı öz işinə başlayıb
Yanvarın 26-da Bakıda V Azərbaycan Beynəlxalq Arıçılıq konfransı öz işinə başlayıb.
AZƏRTAC xəbər verir ki, konfransda ölkəmizin arıçıları ilə yanaşı, Türkiyə və Rusiyadan gələn mütəxəssislər də iştirak edirlər.
Konfransda çıxış edən Kənd Təsərrüfatı Nazirliyi heyvandarlığın təşkili və identifikasiya şöbəsinin müdiri Asəf Ömərov ölkəmizdə son illər arıçılığın inkişafı ilə əlaqədar görülən işlər, bu sahəyə verilən subsidiyalar, eləcə də özəl qurumların arıçılığa göstərdiyi dəstək barədə danışıb.
Azərbaycan Arıçılıq Assosiasiyasının sədri Bədrəddin Həsənov, Türkiyədən gələn professor Ləvənd Aydın, Türkiyə Mərkəzi Arıçılar Birliyinin sədr köməkçisi Cəfər Kaban və arıçılıq mütəxəssisləri gördükləri iş barədə məlumat verib, arıçılığın inkişafı ilə bağlı fikirləri ilə bölüşüblər.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət