Bakıda UEFA İcraiyyə Komitəsinin iclası başlayıb
Bakıda UEFA İcraiyyə Komitəsinin (İK) iclası işə başlayıb.
"Report" xəbər verir ki, Azərbaycanda ilk dəfə təşkil olunan tədbirə UEFA prezidenti Aleksander Çeferin və İK üzvləri qatılıblar.
İclasın gündəliyinə aşağıdakı məsələlər daxildir:
1. Müxtəlif yarışların və texniki qaydaların təsdiqi
2. Futzal üzrə UEFA Avropa Çempionatı 2020-22
3. 2019/20 UEFA Avropa U-17 və U-19 çempionatları
4. 2019/20 UEFA Avropa Qadınlararası U-17 və U-19 çempionatları
5. UEFA İntizam qaydaları (2019 buraxılışı)
6. UEFA Təhlükəsizlik qaydaları (2019 buraxılışı)
7. UEFA Klubların maliyyə nəzarəti orqanının prosedur qaydaları (2019 buraxılışı)
8. Turnirlərin əsasnamələri – Oyun qaydalarına adaptasiya
9. UEFA Avropa Gənclər çempionatlarının formatı
10. Reynhart Qrindelin UEFA vitse-prezidenti və FIFA İcraiyyə Komitəsi üzvlüyündən azad olunması
11. UEFA Grassroots mükafatı 2019
Qeyd edək ki, İK üzvləri sırasında Xorvatiya Futbol İttifaqının prezidenti Davor Şuker, Fransa PSJ-sinin prezidenti Nasser Əl-Xəlafi, İtaliya "Yuventus"unun prezidenti Andrea Anyelli kimi tanınmış şəxslər var.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət