Dərc edildi: Baxış sayı: 702
Bakıda tramvay xəttini sökənlər... – QSC sədri
Vaxtında Bakıda tramvay xətlərini sökməklə şəhərə ziyan vurublar. Onu yenidən tikmək bir qədər çətindir. Amma bu barədə düşünülür. Prezident İlham Əliyevə də məruzə olunub.
Axar.az xəbər verir ki, bunu “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sədri Cavid Qurbanov keçirdiyi mətbuat konfransında bildirib.
“Bakıda sıxlıqdır. Şəhər Abşeron yarımadasında yerləşdiyi üçün 3 tərəfdən su ilə əhatə olunub. Bakıya yalnız bir yerdən giriş, bir yerdən də çıxış var. Dənizədək inkişaf etmək olur. Tramvay xəttinin inşası üzərində çalışırıq. Xarici şirkətlərə müraciət etmişik. Özümüzünkülər də biznes-plan hazırlayır”, - Qurbanov deyib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət