Dərc edildi: Baxış sayı: 1008
Bakıda toy saç düzümü və makiyaj üzrə dünya çempionatı keçiriləcək
2019-cu il fevralın 10-da Azərbaycanın paytaxtında “World Beauty Congress”in (WBC) təşkilatçılığı ilə toy saç düzümü və makiyajı üzrə dünya çempionatı keçiriləcək.
Oxu.Azxəbər verir ki, əvvəlki dünya çempionatları Dubay və Vodisedə keçirilib.
WBC-in qaydalarına uyğun olaraq, əgər hər hansı ölkədə təşkilatın rəsmi nümayəndəsi yoxdursa, WBC-in beynəlxalq sinfinin hakimləri: Geniya Rozen (Rusiya), Qyozo Krizsan (Macarıstan), Fatimə Əkbər(Azərbaycan) və digərləri bu ölkələrdə nümayəndə qismində sərgilərdən və ya sosial şəbəkələrdən tanınmış şəxsləri seçirlər.
WBC-in rəsmi nümayəndəsi olmayan ölkələrdən bu yarışa ən çox üç iştirakçı qatıla bilər.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət