Slimfit
  1. CƏMİYYƏT

Bakıda tıxacların qarşısını belə almaq olar - Ekspert

Bakıda tıxacların qarşısını belə almaq olar - Ekspert
Sakura

Bakıda tıxacların qarşısını belə almaq olar - Ekspert

Bakıda, son zamanlar isə Xırdalanda insanları yoran, saatlarla küçələrdə keçirməyə məcbur buraxan tıxacların səbəblərini rəsmi şəxslər, onların arqumentlərini müdafiə edən media-ekspert qrupu avtomobillərinin sayının həddən artıq çox olması ilə izah edirlər. Hazırda rəsmi statistikaya görə, Bakıda hətta qeydiyyatsız yaşayan əhali nəzərə alınsa belə, əhalinin hər 1000 nəfəri hesabı ilə bütün növdən olan avtomobillərin sayı 250 ədəddən çox deyil.

Axar.az xəbər verir ki, bu fikirləri iqtisadçı ekspert Rövşən Ağayev səsləndirib.

"Halbuki qüvvədə olan şəhərsalma standartlarına görə, bu sayın 300-dək olması normadır. Yəni ictimai nəqliyyat şəbəkəsinin effektiv qurulduğu, yol infrastrukturunun düzgün tikildiyi şəraitdə hər 1000 nəfərə 300 ədəd avtomobil yolverilən saydır.

Şəhərsalma standartlarının 8.3-cü maddəsinə görə, iri və böyük şəhərlərdə hər 1000 nəfərə 3-4 taksi, 250-dək minik avtomobili, 40-dək iritutumlu avtomobil sayı normadır. Orta ölçülü və kiçik şəhərlərdə həmin normalar daha aşağıdır.

Standartlarda taksidən savayı digər ictimai nəqliyyat növlərinin sayının necə müəyyən edilməsi də əksini tapıb. 8.30-cu maddəyə görə, sürətli olmayan, adi sürət rejimində çalışan nəqliyyat vasitələrində sərnişin salonu döşəməsinin hər kv. merti üçün 4 nəfər, sürətli nəqliyyat vasitələrində isə 3 nəfər olmaqla ictimai nəqliyyata tələbat hesablanmalıdır.

İri və böyük şəhərlərdə ərazinin hər kv.kilometrinə (hər 100 hektara) 4.5 km uzunluqda ictimai nəqliyyatın hərəkət etdiyi yol (xətt) şəbəkəsi düşməlidir. Məsələn, Xırdalanda 1500 hektar məskunlaşma ərazisi varsa, icitmai nəqliyyat yollarının uzunluğu azı 70 km təşkli etməlidir.

Əgər bu standarta əməl edilərsə, şəhərin istənilən nöqtəsində bütün sakinlərin ictimai sərnişin nəqliyyatının ən uzaq dayanacağına qədər piyada gedişi məsafəsinin də 400 m-dək olması təmin edilər (8.33-cü maddə). Eyni zamanda, 8.35-ci maddəyə görə, sərnişinlərin nəqliyyat dəyişməsi üçün vaxt, nəqliyyatı gözləmə müddəti nəzərə alınmaqla, 3 dəqiqədən artıq olmamalıdır.

Çıxan nəticə: qüvvədə olan standartlar göstərir ki, ictimai nəqliyyat şəbəkəsinin və yol infrastrukturunun təşkililə bağlı qüvvədə olan şəhərsalma normalarına əməl edilsə, maşın parkının hazırkı sayı ilə Bakı və ətrafında tıxaclar indiki ölümcül vəziyyətə çıxmaz”, - R.Ağayev bildirib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Turistlər Şuşada (1988)

Redaktor seçimi

SON XƏBƏRLƏR