Bakıda satılan qlobus: Naxçıvan Ermənistanın tərkibində?..
Qlobusda Naxçıvan heç də yanlış olaraq Ermənistan ərazisi kimi göstərilməyib. Qlobusa diqqətlə baxsanız, görərsiniz ki, ölkələr üzərində qeyd edilən rəqəmlərə əsasən işarələnib və heç bir yanlışlığa da yol verilməyib.
Bu sözləri Kult.az-a “Etta” brendi ilə dəftərxana ləvazimatları istehsal edən “Papirus” firmasından onların hazırladığı qlobusda Naxçıvanın Ermənistan ərazisi kimi göstərilməsi iddiasına cavab olaraq bildiriblər.
“Papirus” firmasının nümayəndəsi bildirib ki, qlobusda Azərbaycan ərazisi 9 rəqəmi ilə işarələnib:
“Bir qədər aşağıda Naxçıvan Muxtar Respublikasının üstündə də 9 rəqəmi qeyd edilib. İki yerdə eyni rəqəmin qeyd edilməsi həmin ərazilərin bir ölkəyə aid olduğunu göstərir. Orada heç bir texniki səhv yoxdur. Həm Naxçıvanın, həm də Azərbaycan ərazisinin üzərində 9 rəqəminin qeyd edilməsi həmin ərazinin eyni ölkəyə - Azərbaycana aid olduğunu göstərmək üçündür”.
Qeyd edək ki, dünən Bakıda Naxçıvanı Ermənistan ərazisi kimi göstərən qlobusların satışa çıxarıldığı haqda mediada xəbər yayılmışdı.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət