Slimfit
  1. AZƏRBAYCAN

Bakıda sahibkar xanımlar üçün təcrübə klinikası keçirilib

Bakıda sahibkar xanımlar üçün təcrübə klinikası keçirilib
Sakura

Bakıda sahibkar xanımlar üçün təcrübə klinikası keçirilib

Təhsil sahəsində ixtisaslaşan "Education HUB"ın təşkilatçılığı, ABŞ-ın Azərbaycandakı səfirliyinin dəstəyi ilə baş tutan “Sosial Sahibrkarlıq Laboratoriyası” proqramı çərçivəsində Azercell şirkətinin Barama İnnovasiya və Sahibkarlıq Mərkəzində təcrübə klinikası təşkil olunub.

Metbuat.az xəbər verir ki, təcrübə proqramında Bərdə, Mingəçevir, Ağdam və Yevlaxdan olan 15 gənc qadın sosial sahibkarlığa dair mövcud imkanlar, maliyyə resursları və s. barədə məlumat əldə ediblər. Tədbirdə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Access Bank, Turan Bank, eləcə də Coca-Cola şirkətinin nümayəndələri bu istiqamətdə həyata kecirdikləri proqramlarla bağlı məlumatı iştirakçılarla bölüşüb.

 

Proqram çərçivəsində Azərbaycanda sosial sahibkarlıq fəaliyyət göstərən “Azərbaycan corabları”, “Buta Art&Sweets”, “Hands Art”, Human Foundation, “Azərbaycana Birgə Yardım” İB-nin nümayəndələri ilə görüş keçirilib. Spikerlər sosial biznesi yaratmağın cəmiyyət üçün əhəmiyyətindən bəhs ediblər. Regiondan olan xanımlar bu təcrübə mübadiləsinin vacibliyini qeyd edərək bölgələrdə bu sahənin inkişafı və davamlı olması üçün müvafiq qurumların fəaliyyət planına sosial biznes təlimləri, mentorluq və praktiki təcrübənin salınmasını təklif ediblər. Bundan əlavə, səfər çərçivəsində xanımlar Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin start-up layihələri ilə yaxından tanış olmaq imkanı əldə ediblər. Təcrübə proqramının bir hissəsi də Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasında (AQSİA) baş tutub.

Proqram iştirakçılarına AQSİA-nın fəaliyyəti, respublikamızda qadın sahikbarlar üçün yaradılmış imkanlar və qadınların təşkilatlanma məsələlərini müzakirə ediblər. AQSİA-nın rəhbəri Səkinə Babayeva və Assosiyasının üzvləri olan sahibkar xanımlar öz biznes hekayələrini və fəaliyyətlərinin ilk illərində üzləşdikləri çətinliklər və onların həlli yolları barədə təcrübələrini paylaşıblar. Görüşdə iştirak edən Ailə Biznesinə Asan Dəstək (ABAD) təşkilatının nümayəndəsi Turanə Hüseynova ABAD-ın ailə biznesinə dəstəyi haqda məlumat verib və regionlardakı sahibkar qadınların bu proseslərdə fəal iştirak etməyə çağırıb.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Aprel şəhidimiz Fəxrəddin Qurbanlı

Redaktor seçimi

SON XƏBƏRLƏR